Orta Kür Hövzə Rayonu üzrə Çay Hövzəsinin İdarə Edilməsi Planının (ÇHİEP) Layihəsinin müzakirəsi məqsədilə İctimaiyyətlə Məsləhətləşmə Görüşü 23 Aprel 2015-ci ildə Azərycanın Gəncə şəhərində keçirilmişdir. Görüşdə iştirak edərək ona dəstək verən hər kəsə təşəkkürümüzü bildirmək istərdik.
Görüş Orta Kür Hövzə Rayonunda Çay Hövzəsinin İdarə Edilməsi Planının(ÇHİEP) Layihəsi, o cümlədən planlaşdırılan Tədbirlər Proqramı barədə daha çox məlumat əldə etmək, bu sahədə müzakirələrdə iştirak etmək və plan layihəsi ilə bağlı təklif və mülahizələri irəli sürmək imkanı vermişdir.
Görüş zamanı nümayiş etdirilən bütün təqadimatlar və müvafiq sənədlər tezliklə səhifəmizə yüklənəcəkdir.
Görüş məsləhətləşmə prossesi ilə bağlı ilk addım olmuşdur və sizin yeni şərhləriniz bizim üçün çox maraqlıdır. Bütün maraqlı tərəflər və vətəndaş cəmiyyətinin qurumlarının nümayəndələri 31 Avqust 2015-ci il tarixinədək ÇHİEP layihəsi üzrə öz şərhlərini təqdim edə bilərlər.
Zəhmət olmasa, öz şərh və təkliflərinizi bizə göndərin:
Mütəllim Əbdülhəsənov,
ETSN, Ekoloji Siyasət Departamenti, Bölmə Rəisi
e-mail: mabdulhasanov@gmail.com
Çay Hövzəsinin İdarə Edilməsi Planının (ÇHİEP) Layihəsi üzrə Məsləhətləşməyə dair sənədləri buradan əldə edə bilərsiniz.
Məsləhətləşmə görüşü zamanı və ya elektronik şəkildə əldə edilmiş bütün şərhlər təhlil ediləcək və ÇHİEP-nın yekun variantının hazırlanması zamanı müvafiq olaraq nəzərə alınacaqdır.
Gələcək üçün planların hazırlanmasında sizin sözünüzü eşitmək ümidi ilə!
- бассейн Центральной Куры - реки Агстафачай, Товузчай, Шамкирчай и Гянджачай